KIA GLOBAL NETWORK  /  CONTACT  

| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
Kia Soul və Kia Sorento avtomobillərinin interyerinin dekorativ işıqlandırmasının nasazlığı ilə bağlı çağırış kampaniyası
7 sentyabr 2009-cu il tarixindən 8 iyun 2010-cu il tarixinədək istehsal olunmuş və ön səs dinamiklərində (kolonkalarında) işıqlarla təchiz olunmuş Soul və 1 sentyabr 2009-cu il tarixindən 1 iyul 2010-cu il tarixinədək istehsal olunmuş və qapıların daxili işıqlanması ilə təchiz olunmuş Sorento avtomobillərinin bir qismində dekorativ işıqlandırma naqillərinin qızmasına və bununla bağlı salonun işıqlandırma sisteminin işləməməsinə səbəb ola biləcək nasazlıq aşkar olunmuşdur.
Yeni Kia Sportage ABŞ-ın nüfuzlu sığorta institutu tərəfindən “Top Safety Pick” mükafatına layiq görülüb
18 avqust 2010-cu il. Kompakt sedan Cerato (bəzi bazarlarda Forte kimi tanınır), şəhər sərnişin avtomobili Soul və CUV (krossover tipli nəqliyyat vasitəsi) seqmeninə aid kompakt krossover Sorento-nun ardınca ABŞ-ın İİHS (Insurance Institute for Highway Safety – Yolların təhlükəsizliyinə dair sığorta institutu) tərəfindən 2010-cu ilin martından sonra istehsal edilmiş kiçik SUV avtomobilləri kateqoriyasında “Top Safety Pick” mükafatına layiq görülən tamamilə yeni Kia Sportage bu mükafatı qazanan növbəti Kia avtomobili oldu.
Konseptual Elektro POP Parisdə Kia-ya olan marağı daha da artıracaq
Kia Motors avtoşoularda yeni dizayn konsepsiyalarını əks etdirən avtomobilləri təqdim etmək ənənəsinə sadiq qalaraq bu dəfə də tamamilə yeni konseptual elektroavtomobilini sentyabrın 30-da Parisdə işinə başlayan Beynəlxalq Avtomobil sərgisində təqdim etməyə hazırlaşır.
Kia Motors iyul ayının qlobal satışlarında 26,0% artıma nail olub.
10 avqust, 2010 - cu il—Kia Motors Corporation sərnişin (ixrac satışları, daxili satışlar, və xarici zavodların satışları) və ticarət avtomobillərinin satış rəqəmlərini elan edib.
Kia Soul Kelley Blue Book’s KBB.com saytının tərtib etdiyi siyahıya əsasən tələbələr tərəfindən ən çox sürülən “2010 Top 10” avtomobillər sırasına daxil edilib
9 avqust, 2010-cu il – Kia Soul sərnişin avtomobili kinci ildir ki Kelley Blue Book’s kbb.com saytı tərəfindən (ABŞ-da yeni və işlənmiş avtomobillər barədə məlumat verən sayt) tələbələr tərəfindən ən çox sürülən “Top 10” avtomobillər sırasına daxil edilib.
2010-cu ilin 6 ayının naticələrinə görə Kia Motors-un satışları 49,2% artıb
- Xarici zavodların satışlarında 120,9% daxili satışlarda isə 27,6% artım özünü göstərib
- Kia-nın Avropada satışları və bazar payı Venga və Cee’d –in hesabına artıb
- ilk dəfə olaraq maliyyə yarımilliyində Kianın gəliri 10 trilyon von təşkil edib
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |